Aprelin 10-dan bu marşrut “BakıKart”a keçir


Aprelin 10-dan “Azadlıq Prospekti” metro stansiyası (S.S.Axundov küçəsi) ilə Novxanı qəsəbəsini əlaqələndirən 123 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top