Gömrük Komitəsi vətəndaşlara müraciət etdi


Dövlət Gömrük Komitəsi vətəndaşlara müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb
“Xarici ölkələrə səyahət zamanı hava limanlarında və ya digər yerlərdə Azərbaycan Respublikasına gətirilməsi məqsədilə kənar şəxslərdən götürülən əşyalar onları ölkənin gömrük sərhədindən keçirənlər tərəfindən qanunvericiliklə müəyyənləşdirilən qaydada bəyan olunmalı və müvafiq gömrük ödənişləri ödənilməlidir. Göstərilən tələblərin kənar şəxslərdən əşyaların qəbul edilməsi zamanı nəzərə alınması tövsiyə olunur”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top