Deputat: “Hacıbala Abutalıbov daxil 4 nəfər Suraxanını işğal edib” – Video


“Seçildiyim Suraxanı rayonunda 20 ildir dərəbəylik hökm sürür. Bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və 14 il bu rayonda icra başçısı işləmiş İlqar Abbasov rayonun nə torpağı varsa, hamısını satıblar və zəbt ediblər”.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev bugünkü plenar iclasda çıxışı zamanı deyib.
“Bunlara qoşulanlardan biri də 30 il Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin sədri Mais Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkənidir. Bu rayonu 4 nəfər işğal edib. 220 min əhalisi olan rayonun bir peşə məktəbi yoxdur. Lakin onlarla pab, restoran, qəlyanxana, diskoteka klubları var. Bu adamların əlindən gələcəkdə peşə təhsilinin tutumuna uyğun torpaq sahəsi tapmaq olmur. Qaraçuxur və Yeni Günəşlini Hacıbala Abutalıbov, İlqar Abbasov, Mais Məmmədov hasara alıblar. Milyonlarla manata ev tikənlərə satırlar. Həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır. Belə hallar başqa rayonlar üçün də xarakterikdir. Belə adamların əlindən elə əvvəldən bələdiyyələr zəlil günə qalıblar”, - deputat bildirib.

DİGƏR XƏBƏRLƏR

Top