Bu müxalif lider seçkilərdə Ərdoğanı dəstəkləyəcək


Türkiyənin müxalif Demokratik Sol Partiyası (DSP) mayın 14-də keçiriləcək prezident seçkilərində “Cümhur İttifaqı”nın namizədi, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DSP sədri Önder Aksakal bildirib.
“Geniş olaraq dəyərləndirdik. DSP doğruluğun tərəfdarı olan partiyadır. DSP dövlət təcrübəsinə malikdir. Bu gün dövlət təcrübəsi olan cənab Ərdoğanı dəstəkləməklə bağlı fikrimizi təqdim etdik. Bu seçkidə prezident Ərdoğanı dəstəkləmək fikrimiz irəli sürüldü. 14 may seçkisinə AK Partiya siyahılarından girəcəyik”, - o deyib.

DİGƏR XƏBƏRLƏR

Top