Rusiya istehsalı "Moskviç 6" sentyabrda Rusiya dilerlərində satışa çıxarılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, hazırda Moskvada zavodda yeddi min “Moskviç 6” yığılıb və ilin sonuna kimi onların sayı 50 minə çatacaq. Onlardan 10 mini elektrik mühərrikli olacaq. 2024-cü ildə Rusiya 100 min avtomobil istehsal etməyi planlaşdırır.