Ürək xəstəliyi olanlar bu qidalardan istifadə etməsin


Rusiyalı dietoloq, allerqoloq-immunoloq Marina Apletaeva ürək xəstəlikləri zamanı istehlak edilməməsi lazım olan qidaları sadalayıb. 
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Moskva 24” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, xəstə ürəklə qəhvə, çay, duz və yağlı qidaların istifadəsini minimuma endirmək daha yaxşıdır. Mütəxəssis, bununla belə, yağlı ət, piy, quzu yağı və toyuq dərisi də daxil olmaqla, doymuş yağlarla zəngin qidaların istehlakını tamamilə aradan qaldırmağı və ya heç olmasa məhdudlaşdırmağı tövsiyə edib.
“Ürək xəstəliyi olan insanlarda yağ mübadiləsi pozulur və xolesterol səviyyəsi yüksəlir. Buna görə yağlı qidalar yalnız problemi daha da gücləndirəcək, ürəyə yükün daha da artmasına kömək edəcək", - deyə o bildirib.
Süd məhsulları arasında həkim yağ, pendir, xama və qaymağı ayırıb.
Dietoloq duz qəbulunu da məhdudlaşdırmağı tövsiyə edib:
“Bu, bədəndə mayeni saxlaması ilə bağlıdır. Sirkulyasiya edən mayenin həcmi artır, bunun fonunda ürəkdə yük artır".

DİGƏR XƏBƏRLƏR

Top