Dərsə gecikən şagirdə döşəmə sildirilən məktəbin direktoru cəzalandırıldı


Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbdə dərsə gecikən şagirdi cəzalandıran müəllimlə profilaktik söhbət aparılıb.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, dərsə gecikən şagirdə cəza verən müəllimlə profilaktik söhbət aparılıb. Məktəbin direktoru Elnura Cavadzadəyə isə töhmət verilib.

Eyni zamanda, şagirdlə də profilaktik söhbət aparılıb.
Xatırladaq ki, bir müddət əvvəl Abşeron rayonunda şagird dərsə gecikdiyinə görə müəllim ona döşəmə sildirib. Növbəti dəfə gecikmə olarsa, şagirdə məktəbin tualetinin də döşəməsini sildirəcəyini söyləyib.

DİGƏR XƏBƏRLƏR

Top