Azərbaycanda ev heyvanlarının sayı açıqlandı - Siyahı


Son bir ildə Azərbaycanda qoyunların sayı 2% azalaraq 7 milyon 314 min başdan 7 milyon 170 min başa düşüb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qoyunların 98%-i və ya 7 milyon 7 min başı fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının payına düşüb.
Qoyunlardan başqa son bir ildə keçilərin sayı 0,8% azalaraq 580 min 840 başa, donuzların sayı 13,8% azalaraq 5 min 130 başa, atların sayı 3,1% azalaraq 56 min 576 başa, eşşəklərin sayı 4,9% azalaraq 20 min 20 başa, camışların sayı 2,3% azalaraq 56 min 966 başa enib.
Son bir ildə inəklərin sayı 0,4% artaraq 1 milyon 232 min başa, dəvələrin sayı 7,5% artaraq 357 başa, quşların sayı 0,6% artaraq 29 milyon 795 min başa, arı ailələrinin sayı 4,9% artaraq 656 min 146-ya çatıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top