3 saylı uşaq evində yoxlamalar aparıldığı deyilir


Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən 3 saylı uşaq evində yoxlamalar aparılır.
Yeniavaz.com
xəbər verir ki, bunu uşaq evinin adının çəkilməsini istəməyən əməkdaşı Meydan TV-yə deyib.
Onun sözlərinə görə, müəssisənin fəaliyyəti ilə bağlı ciddi araşdırmalara başlanılıb, yoxlamalar var. Onun özü də daxil olmaqla işçilər dindirilib.
“Yaxın zamanda uşaq evinin müdiri də “təqaüdə” göndəriləcək”, - əməkdaş deyib.
Adının açıqlanmasını istəməyən əməkdaş qeyd edib ki, onlara Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sosial şəbəkələrdə trolluq etmək tapşırılıb.
Yeniyetmənin davranışlarına gəldikdə, əməkdaş onun həddən artıq ağıllı adlandırıb. Lakin siqaret çəkib, içki içdiyini, yoldaşları ilə dava etdiyini də qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top