İsrail polisi Əl-Əqsa məscidinə səs bombası atdı - Video


İsrail polisi səhər tezdən Qüdsdə Məscidül-Əqsaya basqın edib.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, basqından sonra polislə fələstinlilər arasında toqquşma baş verib.
Polis 350 nəfərin saxlanıldığını açıqlayıb.
İsrail polisi saxlanılanların üzərlərində daş, zopa və fişəng daşıyan təşviqatçılar olduğunu iddia edib.
Bildirilib ki, sözügedən şəxslər özlərini məscidə kilidlədikləri üçün təhlükəsizlik qüvvələri ibadət ocağına girməli olub.
Fələstinlilər isə polisin səs bombası və rezin güllələrdən istifadə etdiyini, həmçinin 14 nəfərin yaralandığını bildirir.

Məscidin içindən çəkilən görüntülərdə polisə fişənglər atıldığı görünür.
Başqa bir videoda isə İsrail polisi fələstinliləri dəyənəklə döyür.

Məscidin qarşısında “Reuters” xəbər agentliyinə danışan yaşlı bir qadın göz yaşları içində bildirib ki, Quran oxuyan zaman səs bombası ilə sinəsindən vurublar.
Əl-Əqsa məscidində baş verənlər İordan çayının qərb sahilində etirazlara səbəb olub və İsrail ordusu Qəzzadan 9 raket atıldığını açıqlayıb.
İsrail ordusu beş raketin havada vurulduğunu, digər dördünün isə açıq ərazilərə düşdüyünü bildirib.
Hələlik heç bir qrup raket hücumlarına görə məsuliyyəti üzərinə götürməyib.
Bundan sonra İsrail döyüş təyyarələri səhər tezdən Qəzza zolağına hücuma keçib.
Həmas Radiosu bu hücumlarda biri Qəzzada, digəri isə qaçqın düşərgəsində olmaqla iki təlim düşərgəsinin vurulduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top