Oğuzda qanunsuz ağac kömürü istehsalının qarşısı alındı - Fotolar


Oğuz rayonunun Dəymədağlı kəndinin sakinləri kənddə qanunsuz yolla ağac kömürü istehsal edilməsindən narazıdırlar.

Bu barədə Yeniavaz.com-a məlumat verən kənd sakinləri bildiriblər ki, sözügedən şəxslər qanunsuz yolla ağac kömürü istehsal edir və təbiətə xeyli ziyan vurur, həmçinin ətrafdakı sakinlərə ciddi narahatlıq törədirlər.
Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara bu barədə dəfələrlə məlumat versələr də, heç bir tədbir görülməyib.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məsələ ilə bağlı Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Dəymədağlı kənd sakinləri – Ramazan və Adı Bəkirovların yaşadıqları evlərin həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən kömür quyuları aşkarlanıb:
“Onların bu fəaliyyətinin qarşısı alınıb və hər ikisi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib”.

DİGƏR XƏBƏRLƏR

Top