
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 20 min 20 baş eşşək mövcud olub.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, ötən bir il ərzində eşşəklərin sayı 4,9% və ya 1 027 baş azalıb.
Açıqlanan rəsmi məlumatlar göstərir ki, son illər ərzində Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Son 16 ildə - 2008-2023-cü illərdə Azərbaycanda eşşəklərin sayı 2 dəfədən çox azalaraq 47,2 mindən 20 min başa düşüb.
Son 16 ildə eşşəklərin sayı aşağıdakı kimi olub:
| Tarix | Eşşəklərin sayı |
| 1 yanvar 2008-ci il | 47,2 min |
| 1 yanvar 2009-cu il | 46,4 min |
| 1 yanvar 2010-cu il | 46,0 min |
| 1 yanvar 2011-ci il | 46,1 min |
| 1 yanvar 2012-ci il | 45,9 min |
| 1 yanvar 2013-ci il | 44,3 min |
| 1 yanvar 2014-cü il | 43,4 min |
| 1 yanvar 2015-ci il | 40,0 min |
| 1 yanvar 2016-cı il | 35,8 min |
| 1 yanvar 2017-ci il | 34,1 min |
| 1 yanvar 2018-ci il | 30,9 min |
| 1 yanvar 2019-cu il | 28,0 min |
| 1 yanvar 2020-cu il | 25,8 min |
| 1 yanvar 2021-ci il | 23,4 min |
| 1 yanvar 2022-ci il | 21,05 min |
| 1 yanvar 2023-cü il | 20,02 min |
2021-ci ilin əvvəlində Bakı şəhərində (Xəzər rayonu) qeydə alınan 3 eşşək 2022-ci ilin əvvəlində olmayıb. Bu ilin əvvəlində isə yenidən Sabunçu rayonunda 2 eşşək qeydə alınıb.
Onu da bildirək ki, son 8 ildə Bakı şəhərində eşşəklərin sayı aşağıdakı kimi olub:
| 2016 | 2017 | 2018 | 2019 | 2020 | 2021 | 2022 | 2023 |
| 19 | 13 | 17 | 8 | 9 | 3 | - | 2 |
Məlumat üçün bildirək ki, Azərbaycanda ən çox eşşəyin olduğu rayon Şahbuz rayonu olub – 1 717 baş. Ən az eşşəyin olduğu rayon isə Ucar rayonu olub - 1 baş.
İşğal altında olan torpaqlar azad olunduqdan – 2020-ci ildən sonra Kəlbəcər, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında da eşşəklər qeydə alınıb.
Azərbaycanın şəhər və rayonlarında eşşəklərin sayı belə olub.
| Şəhər və rayonlar | Eşşəklərin sayı | ||
| 01.01.2021 | 01.01.2022 | 01.01.2023 | |
| Bakı şəhəri | 3 | - | 2 |
| Xızı rayonu | 89 | 73 | 78 |
| Abşeron rayonu | 15 | 15 | 10 |
| Qazax rayonu | 1 158 | 991 | 936 |
| Ağstafa rayonu | 1 852 | 1 372 | 1 273 |
| Tovuz rayonu | 1 680 | 1 161 | 847 |
| Şəmkir rayonu | 1 467 | 1 476 | 1 345 |
| Gədəbəy rayonu | 409 | 358 | 349 |
| Daşkəsən rayonu | 261 | 267 | 229 |
| Samux rayonu | 865 | 825 | 767 |
| Göygöl rayonu | 236 | 229 | 206 |
| Goranboy rayonu | 592 | 574 | 568 |
| Naftalan şəhəri | 2 | 4 | 4 |
| Zaqatala rayonu | 11 | 11 | 16 |
| Qax rayonu | 36 | 35 | 43 |
| Şəki şəhəri | 620 | 422 | 406 |
| Oğuz rayonu | 209 | 190 | 177 |
| Qəbələ rayonu | 85 | 67 | 54 |
| Astara rayonu | 333 | 379 | 492 |
| Lənkəran şəhəri | 40 | 36 | 42 |
| Lerik rayonu | 1 556 | 1 572 | 1 579 |
| Yardımlı rayonu | 652 | 618 | 530 |
| Masallı rayonu | 12 | 10 | 6 |
| Cəlilabad rayonu | 546 | 334 | 302 |
| Qusar rayonu | 77 | 68 | 70 |
| Xaçmaz rayonu | 708 | 568 | 405 |
| Quba rayonu | 971 | 936 | 878 |
| Şabran rayonu | 154 | 134 | 123 |
| Siyəzən rayonu | 297 | 293 | 301 |
| Göyçay rayonu | 3 | 3 | 3 |
| Beyləqan rayonu | 190 | 205 | 192 |
| İmişli rayonu | - | - | 16 |
| Ağcabədi rayonu | 144 | 135 | 129 |
| Bərdə rayonu | 138 | 147 | 158 |
| Neftçala rayonu | 140 | 164 | 169 |
| Salyan rayonu | 184 | 212 | 201 |
| Yevlax şəhəri | 66 | 63 | 74 |
| Ağdaş rayonu | 73 | 71 | 70 |
| Zərdab rayonu | 44 | 44 | 41 |
| Kürdəmir rayonu | 53 | 43 | 44 |
| Ucar rayonu | - | - | 1 |
| Saatlı rayonu | 36 | 26 | 22 |
| Sabirabad rayonu | 965 | 595 | 617 |
| Hacıqabul rayonu | 374 | 256 | 259 |
| Füzuli rayonu | 303 | 306 | 313 |
| Ağdam rayonu | 216 | 184 | 172 |
| Tərtər rayonu | 110 | 86 | 94 |
| Xocavənd rayonu | 1 | 2 | 2 |
| Qobustan rayonu | 152 | 119 | 48 |
| İsmayıllı rayonu | 228 | 209 | 191 |
| Ağsu rayonu | 112 | 125 | 119 |
| Şamaxı rayonu | 352 | 349 | 339 |
| Naxçıvan şəhəri | 115 | 118 | 127 |
| Şərur rayonu | 835 | 812 | 817 |
| Babək rayonu | 524 | 538 | 547 |
| Ordubad rayonu | 520 | 530 | 536 |
| Culfa rayonu | 282 | 286 | 290 |
| Kəngərli rayonu | 461 | 470 | 472 |
| Şahbuz rayonu | 1 691 | 1 712 | 1 717 |
| Sədərək rayonu | 81 | 117 | 119 |
| Kəlbəcər | - | 1 | - |
| Cəbrayıl | 11 | 11 | 9 |
| Zəngilan | - | 17 | 19 |
| Laçın | 79 | 70 | 55 |
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz