Baş Prokurorluq Akif Çovdarovla əlaqədar bu qərardan protest verdi


Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi polkovnik Səlim Məmmədovun cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarından əmlakın xüsusi müsadirədən azad olunması ilə bağlı hissədə Baş Prokurorluq tərəfindən kassasiya protesti verilib.

Bu barədə Yeniavaz.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumat üçün deyək ki, ibtidai istintaq zamanı Akif Çovdarov və Səlim Məmmədova aid 30 milyon manata yaxın qiymətləndirilmiş əmlaklar üzərinə həbs qoyulmuşdu.
 

DİGƏR XƏBƏRLƏR

Top