Əminə Ərdoğanın TOGG-undakı nömrə 4 dəfə qəza iştirakçısı olub... - Fotolar


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana Türkiyənin yerli istehsal avtomobili olan TOGG-un ilk məhsulları təqdim edilib. Onlara “Anadolu qırmızısı” və “Gemlik mavisi” rənglərində avtomobilin T10X modeli verilib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Əminə Ərdoğana verilən avtomobilin üzərindəki dövlət qeydiyyat nişanı ilə bağlı maraqlı fakt üzə çıxıb.
Belə ki, avtomobildəki “34 EE 2071” nömrə nişanının daha əvvəl “Opel”in “Astra” modelində qeydiyyatdan keçirildiyi məlum olub. Həmçinin sözügedən nömrə nişanı daşıyarkən həmin avtomobilin əvvəllər 4 dəfə qəza iştirakçısı olduğu üzə çıxıb.

“Yeniçağ” həmin avtomobilin lisenziyasının Əminə Ərdoğanın adına olduğunu yazıb.
Jurnalist Murat Ağırel sözügedən “Opel”in yararsız hala düşdüyünü və dövlət nömrə nişanının başqa nəqliyyat vasitəsində qeydiyyat keçirildiyini yazıb.

DİGƏR XƏBƏRLƏR

Top