Niderlandda qatar relsdən çıxıb - Ölən və yaralananlar var


Niderlandda Vorşxote kəndi yaxınlığında sərnişin qatarı relsdən çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mərkəzi Niderland regionunun təhlükəsizlik xidməti "Twitter"də məlumat yayıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 30-a yaxın insan yaralanıb.
Regional təhlükəsizlik xidmətinin məlumatına görə, sərnişin qatarı tikinti texnikasına çırpılıb.
Mütəxəssislər qatarların hərəkətini bərpa etmək üçün qəzanın nəticələrinin aradan qaldırılması üzərində işləyirlər.

DİGƏR XƏBƏRLƏR

Top