"Bu şarın kəşfiyyat üçün nəzərdə tutulduğunu bilirik”


Vaşinqton öz kəşfiyyat məlumatlarını Çin şarından qorumaq üçün görülən tədbirlərin effektivliyinə əmindir.
Yeniavaz.com
xəbər verir ki, bunu aprelin 3-də keçirdiyi brifinqdə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.
“Gördüyümüz tədbirlərin effektivliyinə əminik. Bu şarın kəşfiyyat üçün nəzərdə tutulduğunu bilirik və gördüyümüz tədbirlər onun obyektlərimizdən daha çox məlumat toplamasına mane oldu”, - deyə o bildirib.
Xatırladaq ki, fevral ayında ABŞ kəşfiyyat şarının ölkə ərazisi üzərində uçduğunu elan etdi. Uçan obyekt ölkənin şimalında Amerika təhlükəsizlik xidmətlərinin müşahidə zonasında peyda olub. Sonradan şarının məlumat toplamaq üçün Çin tərəfindən göndərildiyi açıqlandı.
 

DİGƏR XƏBƏRLƏR

Top