“TOGG” sabah Bakıda İlham Əliyevə təhvil veriləcək


Türkiyənin istehsal etdiyi elektirli “TOGG” avtomobili sabah Azərbaycan Prezidenti İlham Əliyevə veriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirlib ki, İlham Əliyev “TOGG”u Rəcəb Tayyib Ərdoğandan sonra qəbul edən ikinci şəxs olacaq.
Azərbaycan Prezidenti avtomobilini sabah paytaxt Bakıda keçiriləcək mərasimlə alacaq.
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank avtomobilin açarını Əliyevə təqdim edəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top