Türkiyədə ərzaq 68 faiz bahalanıb – Rəsmi


Bu ilin mart ayında Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 50,51% bahalanıb.
Yeniavaz.com
 Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, ən yüksək bahalanma restoran və otellərdə qeydə alınıb – 70,7%. 
Bundan başqa ötən ilin mart ayı ilə müqayisdə bu ilin mart ayında qida və içkilər 67,9%, səhiyyə xərcləri 64,7%, mənzillər 56,1%, ev əşyaları 53,3% bahalanıb. 
Ən az artım, geyim və ayaqqabı qiymətlərində qeydı alınıb. Geyim və ayaqqabı qiymətləri son bir ildə 17,3% artıb.
Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 10-luğunda yer alır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top