“Bravo”da baş verən silahlı insidentin təfərrüatları – Video


Bakının Xətai rayonunda martın 4-ü “Bravo” hipermarketində baş verən silahlı insidentlə bağlı bəzi təfərrüatları açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı həmin hadisəni araşdıran əməliyyatçı Baku TV-yə danışıb.
O bildirib ki, hadisədən 5 dəqiqə sonra ticarət obyektinin həyəcan siqnalı sıxılıb, 2 dəqiqə 30 saniyədən sonra mühafizə polisinin əməkdaşları, bir qədər sonra isə polisin əməliyyat qrupları hadisə yerinə gəliblər:
“Cinayət hadisəsi üzrə tərtib edilən əməliyyat planları icraya yönəldilib. Əməliyyat planlarına əsasən Daxili İşlər Nazirliyinin aidiyyəti qüvvələri koordinasiyalı şəkildə cinayətin isti izlərlə açılması və cinayəti törətmiş şəxslərin yaxalanması istiqamətində tədbirlərə başlayıblar”.
Daha ətraflı:
Qeyd edək ki, martın 4-də günorta 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib. Hadisə hipermarketdə yerləşən bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb.
Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

DİGƏR XƏBƏRLƏR

Top