İran ABŞ təyyarəsinin hava məkanına daxil olduğunu bildirib


ABŞ Hərbi Hava Qüvvələrinə məxsus EP-3E təyyarəsi İranın ərazi sularının hava məkanına daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
İran Hərbi Dəniz Qüvvələri təyyarənin icazəsiz ölkənin hava məkanına daxil olmasının qarşısını almaq üçün təyyarəyə xəbərdarlıq edib.
Qeyd edək ki, adıçəkilən təyyarə Amerikanın casus təyyarələrindən biridir və onun vəzifələrinə informasiya və məlumatların toplanması daxildir.

DİGƏR XƏBƏRLƏR

Top