Blinkenlə Lavrov arasında telefon danışığı olub


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar günü ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında casusluq ittihamı ilə həbs edilən "The Wall Street Journal"ın müxbiri Evan Qerşkoviçin taleyinin məhkəmə tərəfindən müəyyən ediləcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir .
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ dövlət katibi və Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Amerika tərəfinin təşəbbüsü ilə telefonla danışıblar.
Söhbət zamanı tərəflər ikitərəfli xarakter daşıyan bəzi aktual məsələlərə də toxunublar. 

DİGƏR XƏBƏRLƏR

Top