Minaya düşərək həlak olan hərbçimiz dəfn olunub - Yenilənib


Tərtər rayonunun azad olunmuş ərazisində minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlunun nəşi Qəbələ rayonuna gətirilib.

Yeniavaz.com ​"Report"a istinadən xəbər verir ki, hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib.

Daha sonra ​19 yaşlı Novruz Niftaliyev ​Nohurqışlaq kənd qəbiristanlığında dəfn olunub.


***19:16

Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.

Faktla bağlı araşdırma aparılır.


***16:34


Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi minaya düşüb.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, o, Tərtər mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top