Azərbaycanlı məktəbli qız Harvard Universitetinə qəbul olub


Azərbaycanlı məktəbli qız eyni vaxtda dünyanın ən nüfuzlu bir neçə universitetinin bakalavr pilləsinə qəbul olub.
Yeniavaz.com
xəbər verir ki, Bakı-Oksford Məktəbinin şagirdi Ayla Əliyevanın ABŞ-nin Harvard, Kolumbiya və Braun universitetlərinə etdiyi müraciətlərə müsbət cavab verilib.
O, SAT (Scholastic Aptitude Test) imtahanı üzrə 1550, (IELTS - International English Language Testing System) üzrə 8,5 bal toplayıb. Gənc onlar arasından Harvardı seçib və burada təhsil alacaq.
A.Əliyeva “Ivy League”ya daxil olan dünyanın ən nüfuzlu 8 universitetindən üçünə bakalavr təhsil pilləsi üzrə qəbul olunan ilk azərbaycanlı tələbədir.
Qeyd edək ki, 2005-ci il təvəllüdlü A.Əliyeva Bakı-Oksford Məktəbində A-level proqramı üzrə təhsil alır.
Xatırladaq ki, A.Əliyevanın qardaşı Əliyev İlham da inşaat mühəndisliyi və ümumi mühəndislik ixtisası (Civil engineering and general engineering) üzrə Texas və Virgina, ABŞ-nin bir neçə nüfuzlu universitetinə qəbul olunub.

DİGƏR XƏBƏRLƏR

Top