Erməni hərbçilər arasında atışma – Ölən və yaralanan var


“Azərbaycan-Ermənistan sərhədinin cənub-şərq hissəsində baş verən atışma nəticəsində bir hərbçi həlak olub, digəri isə yaralanıb”.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, martın 31-də saat 22:50-də sərhədin cənub-şərq hissəsində, görünmənin son dərəcə pis olduğu əlverişsiz hava şəraitində, anlaşılmazlıq səbəbindən Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri arasında atışma olub.
Hadisədən sonra Ermənistan Silahlı Qüvvələrinin çağırışçı hərbçisi Qraçya Saruxanyanın meyiti tapılıb. Daha bir əsgər yaralanıb, onun həyatı üçün təhlükə yoxdur.
Hadisə ilə bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top