
Rusiyadan xaricə pul köçürülməsinə qoyulan məhdudiyyətlər daha altı ay uzadılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb. Məhdudiyyətlərin sentyabrın 30-dək qüvvədə olacağı bildirilib.
Qeyd edək ki, Rusiyadan pul köçürmə sistemləri vasitəsilə limit 10 min dollardan çox olmamalıdır. Həmçinin, Rusiyada işləyən qeyri-rezidentlər əmək haqqına bərabər məbləğdə xaricə vəsait köçürə bilərlər.