İspaniyada güclü meşə yanğınları davam edir


İspaniyada martın 23-də ölkənin şərqindəki Valensiya və Kataloniya bölgələrində başlayan meşə yanğınları nəzarət altına alınarkən, alovlar bu dəfə şimaldakı Asturiya bölgəsində yüksəlir.
Yeniavaz.com
xarici mediaya istinadla xəbər verir ki, martın 29-da başlayan və Asturiyadakı meşəlik ərazidə 121 nöqtədə davam edən yanğınlar səbəbindən 375 nəfərin evlərindən təxliyə edildiyi, magistral yollar da daxil olmaqla bir çox yolun nəqliyyatın hərəkətinə bağlandığı bildirilib.
Yanğınların Asturiyanın qərbindəki Qalisiya bölgəsinə də keçdiyi qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top