Yoluxanların sayı açıqlandı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 64 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 829 724 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 156 nəfər müalicə olunaraq sağalıb, 10 182 nəfər vəfat edib, aktiv xəstə sayı 386 nəfərdir.
Ölkədə son sutka ərzində 792, hazırkı dövrədək isə 7 558 593 test aparılıb.

Son sutkada, həmçinin koronavirus (COVID-19) əleyhinə 467 vaksin vurulub.
Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 373, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 57, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 16 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 954 700, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 406 735, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 026, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 999, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 940 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top