Putin iki səfiri vəzifədən azad etdi


Vladimir Putin Rusiyanın Latviya və Estoniyadakı səfirlərini vəzifədən azad edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Rusiya Prezidentinin rəsmi hüquqi informasiya portalında dərc edilib.
Qeyd olunub ki, Putin Rusiyanın Latviyadakı səfiri Mixail Vanin və Estoniyadakı səfiri Vladimir Lipayevin vəzifələrindən azad edilməsi haqqında fərman imzalayıb .
Lipayev fevralın əvvəlində Rusiya Estoniya tərəfinin hərəkətlərinə cavab olaraq bu ölkə ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldıqdan sonra Estoniyanı tərk edib. O zaman Latviya da Estoniya ilə həmrəylik nümayiş etdirərək Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına gəlib.
Vanin 2021-ci ilin sentyabrından Rusiyanın Latviyadakı diplomatik missiyasına rəhbərlik edir, Lipaev isə həmin ilin dekabrından Rusiyanın Estoniyadakı səfiridir.

DİGƏR XƏBƏRLƏR

Top