
Məktəb direktorunun təsərrüfat işləri üzrə müavini İsmət Yusifova mühafizəçi tərəfindən məktəb binasına buraxılmır.
Yeniavaz.com xəbər verir ki, yayılan bu görüntülər, Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə lentə alınıb.
Müavin iddia edir ki, məktəbin direktoru Almaz Həsrət qapıları bağlatdırıb və onun içəri buraxılmasını qadağan edib.
Məktəbin direktoru Almaz Həsrət isə keçmiş müavini İsmət Yusifovanı məktəbə buraxmamasına səbəb ki, onun həm işdən çıxarılmasını, həm də məktəbdəki iş prosesinə mane olmasını göstərir.
Məktəbə niyə zorla daxil olmağa çalışdığını və işdən azad olunduğu halda faəliyyətini niyə dayandırmaq istəmədiyini öyrənmək üçün “Xəzər Xəbər” İsmət Yusifovanın özü ilə əlaqə saxlayıb.
İsmət Yusifova məktəb direktorunun dediyi neqativ halların isə heç bir əsası olmadığını bildirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
***11:22

Bakı şəhəri R.Əliyev adına 3 nömrəli məktəbdə işçilərin təhsil müəssisənə buraxılmadığı iddia olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
İddiaya görə, işçilərin içəriyə buraxılmamasına səbəb məktəb direktorunun bu barədə göstərişinin olmasıdır.
Yayılan görüntülərlə bağlı 3 nömrəli tam orta məktəbdən Yeniavaz.com-a bildirilib ki, sosial şəbəkədə yayılan videogörüntü martın 13-də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş keçmiş təsərrüfat müdiri tərəfindən çəkilib:
“İşdən azad edilməsinə baxmayaraq həmin şəxs davamlı olaraq zorla məktəbə daxil olur, təhsil müəssisəsinin iş ahəngini pozur.
Hər dəfə xəbərdarlıq edilsə də, müxtəlif təhdidlərlə məktəb rəhbərliyinə hədə-qorxu gəlir. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Qeyd edək ki, keçmiş təsərrüfat müdirinin məktəbin fəaliyyətinə ciddi maneə yaradan əməllərindən (siqnalizasiya, istilik, işıq sisteminə müdaxilə edir, yerə su tökür və s.) narahat olduğumuz üçün mühafizəçiyə onun məktəbə daxil olmasına icazə verilməməsi tövsiyə olunub.
Məktəbin normal iş ahənginin qorunması üçün bütün qanunauyğun tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”.
Tətbiqimizi yükləyə bilərsiniz