
“Aqroservis” ASC tərəfindən keçirilən növbəti tenderin qalibi REAL TV (“Real Təhlil İnformasiya Mərkəzi” MMC) olub.
Yeniavaz.com xəbər verir ki, “Aqroservis” ASC “Məlumat və reportajların televiziya yayımı xidmətlərinin satınalınması” ilə əlaqədər REAL TV ilə müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 23 min 640 manatdır.
Məlumat üçün bildirək ki, “Real Təhlil İnformasiya Mərkəzi” MMC (VÖEN - 1503952561) 22.02.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 12, ev 21 ünvanında yerləşir. “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin qanuni təmsilçisi Mirşahin Ağayevdir.
Qeyd edək ki, “Aqroservis” ASC hər il eyni məqsədlər üçün REAL TV-yə vəsait ayırır. Bu məbləğ 2021-ci ildə 34 min 500, 2022-ci ildə isə 23 min 640 manat olub.