
65 Ukrayna hərbçisinin ABŞ- da “Patriot” hava hücumundan müdafiə sisteminin istifadəsi barədə hazırlığı başa çatıb.
Yeniavaz.com xarici mediaya istinadla xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder deyib.
“Bu həftə hava hücumundan müdafiə bölmələrindən olan 65 Ukrayna hərbçisi Fort Silldə “Patriot” sistemlərinin idarə edilməsi təlimini tamamlayıb və artıq Avropaya qayıdıb”, - deyə Rayder bildirib.
Rayder əlavə edib ki, ABŞ müttəfiqləri olan 26 ölkə “Patriot”u idarə etmək üçün 11 000-dən çox Ukrayna əsgərinə təlim keçib.
Tətbiqimizi yükləyə bilərsiniz