“AvtoVAZ” istehsalı müvəqqəti dayandırır


“AvtoVAZ” mayın 29-dan iyunun 19-dək korporativ tətillə əlaqədar istehsalı dayandıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “iz.ru” məlumat yayıb.
Bildirilib ki, bu ilin yazında bir sıra komponent tədarükçüləri tədarükün dayandırılması barədə “AvtoVAZ”a bildiriş verib. Bununla da 2023-cü ildə tədarükün saxlanmasına dair razılaşma pozulub.
“Bu səbəbdən 2023-cü il may ayının ikinci yarısından etibarən komplekt avtomobillərin fasiləsiz istehsalı mümkün olmayacaq. Bu vəziyyətdə şirkət rəhbərliyi əmək haqqının kəskin azalmasına səbəb olacaq bütün xətlər üçün fasilələr tətbiq etməməyi, istehsalı ilə müvəqqəti dayandırmağı qərara alıb”, - deyə şirkətdən bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top