
Xəbər verdiyimiz kimi, sosial şəbəkədə Bakının Xətai rayonu, 3 saylı uşaq evi ilə bağlı videoşikayət yayılıb.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkədə yayılan ittihamlarla bağlı 3 saylı uşaq evinin müdiri Məhbubə Hüseynova "Qafqazinfo"ya danışıb.
O bildirib ki, həmin müəssisədə tərbiyə alan yeniyetmənin uşaq evində guya yeməklə bağlı problemlərinin mövcudluğuna dair səsləndirdiyi fikirlər tam əsassızdır: “2006-ci il təvəlludlu H.M. dəfələrlə uşaq evinin intizam qaydalarını kobud şəkildə pozub və ona dəfələrlə xəbərdarlıqlar edilib. Azyaşlının müəyyən psixi problemləri olduğundan 2020-ci ildə Respublika Psixiatriya Xəstəxanasında (emosiya və davranışın pozuluşu diaqnozu ilə) müalicə olunub.
2018-ci ildə bir ailə tərəfindən övladlığa götürülməyinə baxmayaraq 2020-ci ildə həmin ailə məhkəmə qaydasında ondan imtina edib. İmtinaya səbəb onun ailə daxilində özünü apara bilməməsi və digər qanunazidd əməllər törətməsi olub. Həmçinin 2021-ci ildə doğma qardaşı onu uşaq evindən götürərək öz evinə aparıb və bir müddətdən sonra eyni səbəblərdən uşaq evinə qaytarıb”.
Uşaq evinin müdiri həmçinin əlavə edib ki, yeniyetmə martın 23-də ərazi üzrə polis əməkdaşları tərəfindən Respublika Psixiatriya Xəstəxanasına aparılaraq ora təhvil verilib.
Tətbiqimizi yükləyə bilərsiniz