Netanyahu Ceyhun Bayramovla İran barədə müzakirə apardı


İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanın İsraildə səfirliyinin açılması münasibəti ilə xarici işlər naziri Ceyhun Bayramovu təbrik edib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Baş nazir Benyamin Netanyahu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb və Azərbaycanın İsraildə səfirliyinin açılması və bu ölkədən İsrailə ilk səfirin təyin olunması münasibətilə onu təbrik edib.

Tərəflər ümumi regional təhlükəsizliyi və İranın regional sabitliyə yaratdığı təhlükəni müzakirə ediblər.

Baş nazir Netanyahu iki ölkənin yaxın münasibətlərini yüksək qiymətləndirib.

Tərəflər bir sıra sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi potensialını müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top