
İranın şimal-şərqində 4,6 bal gücündə zəlzələ olub.
Yeniavaz.com bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri 83 min nəfərə yaxın əhalisi olan Şirvan şəhərindən 13 km şərqdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz