İsrailin XİN başçısı Azərbaycan səfirliyinin açılmasından danışdı


Bugünkü tədbirdə İsrailin yüksək səviyyəli rəsmiləri, yəhudi icması iştirak edir.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycanın İsraildə səfirliyinin təntənəli açılış mərasimində İsrailin xarici işlər naziri Eli Kohen deyib.

Nazir qonaqları azərbaycanca salamlayıb.

O deyib ki, səfirliyin açılması qərarı strateji tərəfdaşlığın dərinliyini sübut edir:

“Mən İsrail hökuməti və xalqı adından Prezident İlham Əliyevə bu qərarın verilməsində göstərdiyi liderliyə görə təşəkkür edirəm. Bir neçə gün öncə Azərbayan səfiri öz etimadnaməsini Prezidentimizə təqdim etdi. Onu fəaliyyətə başlaması münasibətilə təbrik edirəm”.

DİGƏR XƏBƏRLƏR

Top