Praqada pensiya yaşının artmasına görə etiraz aksiyası keçirildi


Praqada 80 min fəhlə və qulluqçu pensiya yaşının artırılmasına qarşı küçələrə çıxıb. 
Yeniavaz.com
Çexiya mətbuatına istinadla xəbər verir ki, etirazçılar hökumət sarayının qarşısına toplaşıblar.
Onlar “Pensiya islahatlarına yox”, “68 yaşında pensiyaya yox” kimi şüarlar səsləndiriblər, ölkədə pensiya islahatının aparılması planlarına qarşı çıxıblar.
Qeyd edək ki, bundan sonra işçilər yalnız 68 ildən sonra pensiyaya çıxa biləcəklər. Etirazçılar hökuməti bütün siyasi partiyalar və ekspertlərlə pensiya islahatını müzakirə etməyə başlamağa çağırıblar. 

DİGƏR XƏBƏRLƏR

Top