"Ölkədə ən vacib dərmanlar tapılmır" - Deputat


“Bizim ölkədə qonşu ölkələrə baxanda dərmanların qiyməti 3-4 dəfə bahadırsa, nəyə görə dərman tapılmır?”
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
“Ölkədə ən vacib olan dərmanları tapmaq qeyri-mümkündür. Biz şirkətlərə sual edirik, ölkədə dərman qiymətləri bu qədər bahadırsa, niyə o dərmanları gətirməkdə maraqlı deyillər?”, - deputat əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top