Millət vəkilinin güllələnməsi hadisəsi ilə bağlı DİN-dən çağırış


“Millət vəkili Fazil Mustafaya qarşı törədilən cinayət faktı ilə bağlı rəsmi olaraq təsdiq olunmayan və dəqiqləşdirilməyən məlumatları yaymayın”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.

DİGƏR XƏBƏRLƏR

Top