
Salyan rayon Şorsulu kənd sakini Abışov Vaqif Mahir oğlu Kür çayının bolsulu olmasına baxmayaraq öz əkin sahəsini suvarmağa su tapmadığını deyir.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə öz feysbuk profilində paylaşım edib.
“Öz pay torpağıma buğda əkmişdim və bir ay bundan öncə gedib sahəyə baxdıqda ürək açan yaşıllıqla qarşılaşmışdım. Amma ötən gün (27 mart – red.) gedib sahəni görmək və suvarmağı düşünürdüm ki, gördüyüm mənzərə məni çox məyus etdi. Çünki susuzluqdan yanaraq külə dönən əkin sahəsindən hansısa bərəkətli buğda gözləmək yanlış olar. Mən düşünürdüm ki, su yoxdur. Amma gedib Kürün və Şorsulu istiqamətinə gələn Akkuşa çayının bolsulu olduğunu gördüm. Bu suyun hara getdiyini bilmək istəyirəm. Xahiş edirəm, mənim kimi bir çox kəndlinin təsərrüfatı yanmaqdadır. Aidiyyəti orqanlar imkan olarsa, bu bol sudan bizim də əkinlərimizi sulamağımıza şərait yaratsınlar”, - paylaşımda bildirilib.


Tətbiqimizi yükləyə bilərsiniz