Almaniyadan deport edildikdən sonra həbs edilən fəala işgəncə verilib?


2022-ci ildə Almaniyadan deport edildikdən sonra həbs edilən Emin Məlikovun həyatına təhlükə yarandığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlı öz feysbuk hesabında yazıb. O qeyd edib ki, Emin Məlikov deport edildikdən sonra narkotik ittihamı ilə həbs edilib.
Onun sözlərinə görə, Məlikov saxlanılan zaman işgəncələrə məruz qalıb və bu səbəbdən səhətində problem yaranıb:
Keçən il Almaniyadan deport edildikdən sonra Bakı Hava Limanında həbs edilən Emin Məlikov ölüm ayağındadır. Dəhşətli işgəncələrə məruz qalan Emin hazırda 13 saylı cəzaçəkmə müəssusəsində saxlanılır. Emin Məlikov həbs edikdikfən sonra onunla əlaqə saxlaya bilməmişik. Yaxınları da əlaqə saxlamayıb. Hökümət isə Emin haqqında bizə yalan məlumat ötürüb ki, guya Emin azadlıqdadır və bizlə əlaqə saxlamaq istəmir. Bizə verilən məlimata görə Emin ötən müddət DTX-də saxlanılıb. Dəhşətli işgəncələrə məruz qalıb. Vəkillə təmin edilməyib. Onunla Kürdəxanı həbsxanasında (1 saylı Bakı İstintaq Təcridxanası) həkim məntəqəsində rastlaşan şəxsin verdiyi məlumata görə Emin dəhşətli işgəncəyə məruz qalıb. Eminin gözlərinin həddən artıq böyüdüyünü bildirən şahidin sözlərinə görə, sağlıq durumu çox pis olub. Kürdəxanıda tək adamlıq kamerada saxlanılıb".
Penitensiar Xidmətin mətbuat katibliyindən Abzas Media-ya bildirilib ki, Emin Məlikovun saxlanılma şəraiti ilə bağlı heç bir probem yoxdur:
"Qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər məhkumlar necə saxlanılırsa, o da o cür saxlanılır" - mətbuat xidmətindən bildirilib. 
Amma Penitensiar Xidmət E.Məlikovun hazırda harada saxlanılması ilə bağlı sualı cavablandırmayıb.
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsilə əlaqə saxlamaq mümkün olmayıb.
Son illər Almaniyadan deport edilən siyasi fəalların bir neçəsi ölkəyə gətirildikdən sonra həbs olunub. Adətən həbs olunanlara narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı verilir.
Azərbaycanla Avropa İttifaqı arasında readmissiya haqqında saziş 2014-cü ildə qüvvəyə minib.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü Azər Allahverənov BBC-yə deyib ki, 2014-2022-ci illər ərzində 2020 nəfərin readmissiyası həyata keçirilib, onların da böyük əksəriyyəti Almaniyadan olub.

DİGƏR XƏBƏRLƏR

Top