Xorultudan xilas olmaq üçün sadə üsullar


Böyük Britaniyadan olan cərrah Karana Raca xorultudan xilas olmaq üçün sadə üsullar təklif edib. 
Yeniavaz.com
xəbər verir ki, həkimin məsləhətini “The Sun” nəşri dərc edib.
Həkimin sözlərinə görə, xoruldama yuxu zamanı rahatlaşan dil, boğaz və tənəffüs yollarının titrəməsi səbəbindən baş verir. Bədənin bu hissələrinin əzələlərini gücləndirmək üçün sadə gimnastika xoruldama ilə mübarizədə kömək edir. Onlardan biri dili müxtəlif formalarda hərəkət etdirməkdir.
Həkim tövsiyə edir ki, xoruldayan şəxslər dilini çıxartmalı və beş saniyə bu vəziyyətdə saxlamılıdır. Ən yaxşı nəticə üçün üzünüzün qabağına bir qaşıq qoyub dilinizi üzərinə basa bilərsiniz. Başqa bir sadə məşq dili sağdan sola hərəkət etdirməkdir. Qırtlağın əzələlərini gücləndirmək üçün Raca ağzını açmağı, dili damağa basmağı və beş saniyə ərzində bu vəziyyətdə dondurmağı təklif etdi. Hər məşq üç-dörd dəfə aparılmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top