İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyətini bərpa etdiyi bildirilir - Yenilənib


İsrailin Azərbaycandakı səfirliyi işini qısa müddətə dayandırdıqdan sonra fəaliyyətini bərpa edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.
"Tətil bitib və biz normal fəaliyyətə qayıtdıq", - diplomatik nümayəndəlikdən bildiriblər.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər. 


***22:05
İsrailin Azərbaycandakı səfirliyi məhkəmə islahtları ilə əlaqədar ümummilli tətilə qoşulub.

Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, İsrail səfirliyi və konsulluğu növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq işləməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top