COVID-19-la mübarizə aparan həkimlərlə bağlı - Qərar


Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

Yeniavaz.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2023-ci il mayın 1-dək veriləcək.

Əvvəl bu müddət 2023-cü il martın 1-dək müəyyən edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top