
İsrailin bir neçə ölkədəki diplomatik nümayəndəlikləri müvəqqəti fəaliyyətlərini dayandırıb.
Yeniavaz.com xarici mediaya istinadla xəbər verir ki, İsrailin Fransa, Belçika, Cənubi Afrika Respublikası, Estoniya və Finlandiyadakı səfirlikləri də bu gün işləməyəcək.
***17:09
İsrailin ABŞ-dakı səfirliyi bağlanıb.
Yeniavaz.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə İsrailin ABŞ-dakı diplomatik missiyası məlumat yayıb.
Bildirilib ki, səfirlik əməkdaşları həmkarlar ittifaqının bütün dövlət qulluqçularının məhkəmə islahatlarına etiraz etmək üçün meydana çıxmaq barədə çağırışına qoşulublar.
Məlumata görə, İsrailin ən böyük həmkarlar ittifaqı Histadrut bütün dövlət qulluqçularına, o cümlədən diplomatik nümayəndəliklərə tətil elan etməyi tapşırıb. Bu çağırış İsrailin xaricdəki bütün səfirlik, konsulluq və təmsilçiklərinə də aiddir.
Xatırladaq ki, martın 26-da İsrailin müdafiə naziri Yoav Qalantın istefaya göndərilməsindən sonra ölkədə etirazlar başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz