DSX bu şirkətdən 2 min akselbant alır – Təfərrüat


Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqələrinin (Açıq tender) qalibi "Azeli Tekstil" MMC (VÖEN- 1300090581) olub.
Yeniavaz.com 
xəbər verir ki, qalib şirkət DSX-yə 2 000 ədəd akselbant (sarı rəngli), 500 ədəd mühafizəedici eynək (qara və küləyə qarşı) satacaq və qarşılığında 51 min 920 manat alacaq.
Bundan başqa "Azeli Tekstil" MMC DSX-yə 470 dəst göy rəngli kamuflyaj parçadan istiləşdirilmiş qış gödəkcəsi və qış şalvarı, 460 dəst göy rəngli kamuflyaj parçadan qış gödəkcəsi, qış şalvarı və furajka, 550 dəst göy rəngli kamuflyaj parçadan yay gödəkcəsi, yay şalvarı və furajka satacaq və qarşılığında 128 min 372 manat 20 qəpik alacaq.
Xəbəri rus dilində oxuyun: ГПС покупает у этой компании 2 тысячи аксельбантов - Подробности
Məlumat üçün bildirək ki, tenderin qalibi olan "Azeli Tekstil" MMC 31.05.2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Həsənbəy Zərdabi pr., ev 84, m. 65-də yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimov Abbas Qara oğludur.
Onu da qeyd edək ki, barəsində açıq internet resurslarda heç bir məlumat olmayan MMC-nin adına ancaq DSX-nin keçirdiyi tenderlərdə rast gəlmək mümkündür.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top