Mədət Quliyevə müavin təyin olunan "Paşa Holdinq"in yüksək vəzifəlisi kimdir? - Dosye


Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi nazrinin müavini vəzifəsinə təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, müdafiə sənayesi nazirinin yeni müavini - Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub.
2004 – 2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında Mühəndis iqtisadiyyatı və idarəetməsi ixtisası üzrə təhsil alıb.  
2010 – 2013-cü illərdə Xəzər Universiteti Maliyyə və kredit ixsitsası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr proqramında təhsilini davam etdirib.
2016-ci ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı “Certified İnternal Auditor (CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə edib.
2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.
Vüqar Mustafayev bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru və Maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib.
2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində baş mütəxəssis olaraq çalışıb.
2012 – 2014-cü illərdə “Azerfon” MMC-də (“Azərcell”) Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib.
2014-cü ildən etibarən “Paşa Holdinq” MMC və ona aid olan şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb.
2014-cü ildə “Paşa Holdinq” MMC-də İcraçı Direktorun müşaviri vəzifəsinə təyin olunub.
2014-cü ildən etibarən “Paşa Sığorta” ASC və “PAŞA Həyat Sığorta” ASC-nin Təftiş Komissiyasının sədri olaraq fəaliyyət göstərib.
2021-ci ildə “Paşa Holdinq” MMC-nin Türkiyə nümayəndəliyinin rəhbəri, eyni zamanda İstanbul mərkəzli "PDT və Gayrımenkul A.Ş." şirkətinin Müşahidə Şurasının sədri təyin edilib.
Ailəlidir. İki övladı var.
Onu da qeyd edək ki, ötən ilin dekabr ayında vaxtı ilə “Paşa Holdinq”də çalışmış və 1986-cı il təvəllüdlü daha bir şəxs Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.


A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top