Bakıda qardaşlıq qazandı... - Yenilənib


“Qarabağ” - “Qalatasaray” xeyriyyə oyunu 1:2 hesabı ilə başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, qarşılaşmanı 65 min azarkeş izləyib.
Qeyd edək ki, matçdan əldə olunacaq gəlir Türkiyədə zəlzələdən zərərçəkənlərə ayrılacaq.

***21:46
Oyunun 87-ci dəqiqəsində Mario İkardi penalti zərbəsindən vurduğu qolla "Qalatasaray"ı önə keçirdi (1:2).

***20:30
“Qarabağ” - “Qalatasaray” matçı davam edir.
Yeniavaz.com
xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada hesab bərabərdi (1:1).
“Qalatasaray” 3-cü dəqiqədə Bafetimbi Gomisin qolu ilə önə keçib. “Qarabağ” isə 18-ci dəqiqədə Redon Cica ilə hesabı bərabərləşdirib.

***19:45
Bakı Olimpiya Stadionunda xeyriyyə oyunu çərçivəsində üz-üzə gələcək “Qarabağ” və “Qalatasaray” klublarının start heyətləri açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, “Qarabağ”ın start heyətində Amin Ramazanov, Maksim Medvedev, Rahil Məmmədov, Kevin Medina, Donald Gerye, Julio Romao, Qara Qarayev, Leandro Andrade, Adama Diakabi, Abdullah Zubir və Redon Cica yer alıblar.
“Qalatasaray”ın heyətində Okan Koçuk, Leo Dyubua, Matias Yensen, Emre Taşdemir, Kaan Ayhan, Yunus Akgün, Nikolo Zanyolo, Bafetimbi Qomis, Berkan Kutlu, Serjiu Oliveyra və Yusuf Demir start fitindən meydanda olacaqlar.
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matçı “HaberGlobal” və “CBC Sport” telekanallarında canlı yayımlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top