Türkiyə İrəvanda Ermənistanı uddu


Avro-2024-ün seçmə mərhələsində 1-ci turun oyunları davam edir.

Yeniavaz.com xəbər verir ki, bu gün üçün A, D, və İ qruplarında nəzərdə tutulan ümumilikdə 7 matçdan 4-ü başa çatıb.
Türkiyə millisi səfərdə Ermənistanla qarşılaşıb. İrəvandakı görüşdə Türkiyə yığması 2:1 hesablı əzmkar qələbə qazanıb. 
Bu matç sözügedən komandalar arasında ümumilikdə 3-cü oyun olub. Türkiyə və Ermənistan bundan əvvəl DÇ-2010-un seçmə mərhələsində eyni qrupda yer alıblar. Həmin vaxt Türkiyə Ermənistanı həm evdə, həm də səfərdə 2:0 hesabı ilə məğlub edib. 

Avro-2024, seçmə mərhələ, 1-ci tur
D qrupu
21:00. Ermənistan - Türkiyə - 1:2
Qollar: Ozan Kabak, 10-avtoqol (1:0), Orkun Kökçü, 34 (1:1), Kerem Aktürkoğlu, 63 (1:2)

23:45. Xorvatiya - Uels
A qrupu
18:00. Şotlandiya - Kipr - 3:0
Qollar: Con Makginn, 21. Skott Maktominey, 87; 90+3

23:45. İspaniya - Norveç
I qrupu
21:00. Belarus - İsveçrə 
21:00. İsrail - Kosovo
23:45. Andorra - Rumıniya

DİGƏR XƏBƏRLƏR

Top