DYP-dən "Qarabağ" - “Qalatasaray” oyunu ilə bağlı - Müraciət


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) martın 26-da keçiriləcək "Qarabağ"-“Qalatasaray”oyunu ilə bağlı azarkeşlərə müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qurumun baş inspektoru Araz Əsgərli məlumat yayıb. O bildirib ki, müraciətdə azarkeşlərdən ictimai nəqliyyatdan, xüsusilə ayrılmış ekspress marşrutlardan istifadə etmələri xahiş olunub. Qeyd olunub ki, azarkeşlər oyundan 1 saat əvvəl “Bakı Olimpiya Stadionu”una gəlməli, ictimai asayişi qorumalı, digər vətəndaşlara maneə yaratmamalıdırlar. DYP “Qarabağ”a oyunda uğurlar arzu edib, hər kəsi iki qardaş ölkənin yoldaşlıq oyunundan zövq almağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top